Close

24 yaşlı ana özünü asdı

Tovuzda intihar hadisəsi baş verib.

TNS “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Tovuz şəhəri Xəqani küçəsində qeydə alınıb.

Belə ki, kirayədə yaşayan 24 yaşlı Ş.Məmmədovanın meyitini həyat yoldaşı evin hamamında qaz borusundan asılı halda aşkar edib.

Bildirilir ki, Ş.Məmmədovanın 1 azyaşlı övladı qalıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.