Azərbaycan-İran sərhədində zəlzələ oldu
61
23:54 - 06 Yanvar 2025
Azərbaycan-İran sərhədində zəlzələ olub.
TNS xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Yeraltı təkanlar Yardımlı stansiyasından 17 km şimalda qeydə alınıb. Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Cəlilabadda da hiss olunub.