Yevlax sakini İrandan Azərbaycana qanunsuz keçmək istədi
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
TNS xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 700 qram tiryək və 13 616 ədəd narkotik tərkibli həbin (13 016 ədəd Pregabalin – 150, 600 ədəd metadon M-40) qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Bundan əlavə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən Azərbaycan Respublikası vətəndaşı Yevlax rayon sakini – 1984-cü il təvəllüdlü Məhərrəmov Nəbi Zakir oğlu saxlanılıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.