Close

Avtobus qəzasında xəsarət alanların vəziyyəti açıqlandı

Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 04.01.2025-ci il tarixində saat 06:00 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.

TNS xəbər verir ki, bu barədə xəstəxanadan məlumat verilib.

Bildirilib ki, başın toxumasının əziyi diaqnozu təyin edilən 1961-ci il təvəllüdlü və sol baldırın əziyi diaqnozu təyin edilən 1982-ci il təvəllüdlü şəxslərə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Sol baldır sümüklərinin qapali yerdəyişən sınığı diaqnozu təyin edilən 1980-ci il təvəllüdlü şəxsin müalicəsi isə Travmatologiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.