Close

23:30
04 Yanvar 2025
21:18
04 Yanvar 2025

Azər Baxşəliyev süni tənəffüs aparatına qoşulub - YENİLƏNİB - FOTO

Ölüm xəbəri yayılan aktyor Azər Baxşəliyev sağdır.

TNS Trend-ə istinadən xəbər verir ki, bu barədə ATU-nun mətbuat katibi Günel Aslanova məlumat verib.

O bildirib ki, xəstənin bir müddət öncə ürək fəaliyyəti dayanıb.

"Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır", - deyə o əlavə edib.

Qeyd edək ki, hazırda onun müalicəsi ATU Tədris Cərrahiyyə Klinikasinda davam etdirilir.

Xatırladaq ki, bir müddət əvvəl aktyorun ölüm xəbəri yayılmışdı.

15:48

Aktyor Azər Baxşəliyev vəfat edib.

TNS xəbər verir ki, böyrək xəstəliyindən əziyyət çəkən aktyor səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Azər Baxşəliyev bu yaxınlarda əməliyyat olunmuşdu.

Aktyor ailəli idi, bir qızı vardı.

182178_getqmlfqcc1735817365