Close

14:00
04 Yanvar 2025
13:10
04 Yanvar 2025

“TikTok”da gördüyünü hazırlamaq istədi, xəstəxanalıq oldu

Biləsuvar rayonun Xırmandalı kənd sakini 15 yaşlı N.T zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına çatdırılıb.

TNS xəbər verir ki, həkimlərin səyləri sayəsində yeniyetmənin həyatı təhlükəsi aradan qalxıb.

Yeniyetmənin atası bildirib ki, övladı "TikTok platformasında gördüyü üsuldan istifadə etməklə Yeni il gecəsinə özü üçün “səs çıxaran” qurğu düzəltmək istəyib:

“Bu zaman bizdən xəbərsiz istifadə etdiyi “Net”in (təmizləyici vasitə) onu zəhərlədiyini bildik və təcili onu xəstəxanaya çatdırdıq".

Fakt araşdırılır.