Close

13:49
02 Yanvar 2025

Bu qədər pulu terminaldan oğurladı - FOTO

Suraxanı rayonunda ödəmə terminalından oğurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən TNS-ə verilən məlumata görə, hadisə dekabrın 22-nə keçən gecə Suraxanı rayonu ərazisində qeydə alınıb.

Mağazaların birində quraşdırılan və kassa aparatında 5000 manata yaxın maddi vəsait olan ödəmə terminalının oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı İlham Rəhmanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

aa

b6245833-e45e-467a-9eaa-52911b91f780