Gömrük nəzarətindən gizlədilmiş aksiz markaları aşkar edilib
9
23:13 - 29 Dekabr 2024
Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunda Türkiyə Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.
Dövlət Gömrük Komitəsindən TNS-ə verilən məlumata görə, yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcısının tavan hissəsində gömrük nəzarətindən gizlədilmiş 141 min 560 ədəd alkoqollu içkilər üçün aksiz markası aşkar edilib.