Close

10:37
01 Yanvar 2025
09:44
01 Yanvar 2025

Raqif Abbasov barəsində 1 milyonluq cinayət işi

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov cinayət məsuliyyətinə cəlb edilib.

TNS bu barədə "Qafqazinfo"ya istinadən xəbər verir.

Sabiq vəzifəlilər 1 milyon manata yaxın dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir. 

Cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. 

Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib. 

R.Abbasov və E.Qulamov həbsdə deyil, hər ikisi haqda məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib.

Faktı Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər.