Narkotik vasitələri Azərbaycana keçirməyə cəhd etdilər
Azərbaycana 8 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb, iki nəfər saxlanılıb.
Bu barədə TNS-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının Horadiz sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində İmişli rayon sakini, 1988-ci il təvəllüdlü Miraslan Mustafa oğlu Cəfərov və 1995-ci il təvəllüdlü, Lənkəran rayon sakini Ruslan Əvəz oğlu Əlizadə şübhəli şəxs qismində saxlanılıb, ümumi çəkisi 8 kiloqram 886 qram narkotik vasitə (8 kiloqram 450 qram marixuana, 436 qram heroin) və 14 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri aparılır.