Close

Kimliyi məlum olmayan kişi xəstəxanada öldü

Bakıda kimliyi məlum olmayan kişi xəstəxanada ölüb.

TNS xəbər verir ki, hadisə dünən axşam saatlarında Yasamal rayonunda baş verib.

Belə ki, rayonun Ə. Haqverdiyev küçəsi 2A ünvanının qarşısında tüfeyli həyat tərzi keçirən 40-45 yaşlarında, şəxsiyyəti məlum olmayan şəxs TTYS-nin köməkliyi ilə Kliniki Tibbi Mərkəzi PHŞ-nə aparılıb və və saat 21:50-də orada vəfat edib. Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.