Close

23:01
26 Dekabr 2024

Yaralılar Bakıya yola salındı - ÖZƏL

Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanan azərbaycanlılar Aktau hava limanından Bakıya göndərilib.  

TNS-in əldə etdiyi məlumata görə, 14 yaralı hava limanına gətirilib, xüsusi reyslə Azərbaycana yola salınıb.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysi üzrə hərəkət edən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza zamanı təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər xəsarət alıb. Ölənlərin 26, yaralıların isə 14 nəfəri Azərbaycan vətəndaşıdır.