Hökümənin meyiti tapıldı
Bakı-Qroznı təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan stüardessa Hökümə Əliyevanın meyiti tapılıb.
TNS-in məlumatına görə, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, axtarışlar nəticəsində ekipaj üzvlərindən olan pilotlar - İqor Kşnyakin və Aleksandr Kalyaninovla yanaşı, təyyarənin stüardessası Hökümə Əliyevanın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Aktau hava limanından 3 kilometr aralıda qəzaya uğrayıb.
Hadisə nəticəsində təyyarədə olan 62 sərnişin və 5 ekipaj üzvündən 38-i həlak olub.