Xəzərdə ard-arda üç zəlzələ - YENİLƏNİB
Xəzər dənizində daha bir zəlzələ qeydə alınıb.
Bu barədə TNS-ə Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 10:52-də, 30 km dərinlikdə qeydə alınıb.
09:15
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində daha bir zəlzələ qeydə alınıb.
Bu barədə TNS-ə Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 3.1 maqnitudalı yeraltı təkan 30 km dərinlikdə, yerli vaxtla saat 07:28-də qeydə alınıb.
Qeyd edək ki, Xəzər dənizində yerli vaxtla saat 02:03-də də zəlzələ olub. 3.0 maqnitudalı zəlzələ 63 km dərinlikdə baş verib.