Close

00:11
26 Dekabr 2024

Təyyarə qəzasında ölənlərin sayı açıqlandı

Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub.

TNS xəbər veri ki, bu barədə “Tengri.news.ks” Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayevə istinadən məlumat yayıb.

“Cəsədlərin əksəriyyəti tanınmaz haldadır, əsasən yanıblar, hamısı yığılıb, indi morqda identifikasiya olacaq”, - deyə Bozumbayev bildirib.

Bozumbayev onu da bildirib ki, 29 nəfər, o cümlədən iki uşaq qəza nəticəsində xəsarət alıb, yaralılardan 11-nin vəziyyəti ağır, yerdə qalanların isə vəziyyəti orta-ağır qiymətləndirilir.