Close

00:11
26 Dekabr 2024

“Pilotlar olmasaydı, hamımız ölmüşdük” - Hadisə şahidi

Aktau yaxınlığında qəzaya uğrayan AZAL-ın təyyarəsindən sağ çıxan 48 yaşlı sərnişin baş verənlərin təfərrüatlarını bölüşüb.

Bu barədə TNS Zakon.kz-a istinadən xəbər verir.

Sərnişinin sözlərinə görə, təyyarə bir neçə dəfə yerə enməyə cəhd etsə də, buna nail ola bilməyib. Daha sonra sərnişinlər yüksək səs eşidiblər və bundan sonra təyyarə dövrə vurmağa başlayıb.

“Pilotların sayəsində, onlar öz manevrləri ilə bizi xilas etdilər. Onlar olmasaydı, hamımız ölərdik. Quyruq hissəsi bağlandı”, - deyə sərnişin bildirib.

48 yaşlı kişinin sözlərinə görə, onun yanında oturanların hamısı sağ qalıb. O, möcüzəvi şəkildə yara almayıb. Sərnişin Yekaterinburqda yaşayır, iş üçün Qroznıya uçurmuş.