Close

00:11
26 Dekabr 2024

Təyyarədən sərnişinləri onlar xilas ediblər - FOTO

Aktau hava limanı yaxınlığında qəzaya uğrayan Bakı-Qroznı reysi üzrə hərəkət edən təyyarədəki sərnişinləri xilas edən şəxslərin kimliyi məlum olub.

TNS-in məlumatına görə, təyyarə qəzaya uğrayandan sonra yaralılara ilk yardım edənlər əraziyə yaxın olan Manqıstau Regional Elektrik Enerjisi Şirkətinin işçiləri olub.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Həmin şəxslər dərhal köməyə gələrək yaralıları təyyarənin qalıqları arasından çıxarıblar.

1735126364_676bec3f8a56d676bec3f8a56e1735126079676bec3f8a56b676bec3f8a56c