Gədəbəy sakini ovda güllə yarası aldı
5
17:23 - 24 Dekabr 2024
Gədəbəydə ova gedən 36 yaşlı kişi güllə yarası alıb.
TNS-in məlumatına görə, hadisə rayonun Qoşabulaq kəndində qeydə alınıb. Kənd sakini 1988-ci il təvəllüdlü T.Qasımov güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, T.Qasımov dağlıq ərazidə ov edən zaman silahla ehtiyatsız davranması nəticəsində açılan atəş onun ayağından dəyərək xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.