Close

09:47
25 Dekabr 2024
09:20
25 Dekabr 2024

Cəlilabadda otel yandı - YENİLƏNİB

Cəlilabadda hotel yanıb.

Bu barədə TNS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, hadisə rayonun H.Əliyev Seyrəngahında yerləşən "Göl" hotelində baş verib:

"Qəflətən 3 mərtəbəli otelin 2-ci mərtəbəsində başlayan yanğın digər otaqlara doğru genişlənib. Hadisə yerinə Cəlilabad Yanğından Mühafizə Hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunaraq alov lokallaşdırılıb. Ümumilikdə, hotelin 30 kvadratmetri yanaraq yararsız hala düşüb".

"Yanğının səbəbi araşdırılır. Qeyd edək ki, otel uzun müddətdir istifadəsiz idi".

16:02

Cəlilabad şəhərindəki otellərdən birində yanğın başlayıb.

TNS-in məlumatına görə, hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Faktla bağlı araşdırma aparılır.