Close

09:47
25 Dekabr 2024
09:20
25 Dekabr 2024

Əməkdar artistə qarşı dələduzluq: 400 manatını aldılar - VİDEO

Əməkdar artist Fərqanə Qasımovanın başına iş gəlib.

TNS xəbər verir ki, naməlum şəxs "Whatsapp"da sənətçiyə rəfiqəsinin adından mesaj yazaraq ondan 400 manat pul istəyib.

Qasımova ona yazan şəxsin həqiqətən rəfiqəsi olduğuna inanaraq pulu kart vasitəsilə həmin adama göndərib.

Lakin daha sonra dələduzların qurbanı olduğunu anlayıb.

Qasımova sosial şəbəkədə bu barədə paylaşım edərək izləyicilərini diqqətli olmağa çağırıb.