Qayınatasının evində özünü asdı
15
09:50 - 22 Dekabr 2024
Goranboy rayonunda intihar hadisəsi baş verib.
TNS “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb.
Kəlbəcər rayon sakini 40 yaşlı Asəf Məmmədov qayınatasının evində özünü asıb. Onun meyiti yaxınları tərəfindən tapılıb.
Mərhumun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.