Close

Paraşütçü 20 metr hündürlükdən yerə çırpıldı

Türkiyədə yamac paraşütçüsü 20 metr hündürlükdən yerə çırpılıb.

TNS haberler.com-a istinadən xəbər verir ki, hadisə Sivasın Suşehri rayonunun Çakırlı kəndi yaxınlığında baş verib.

Paraşütçü havaya qalxandan qısa müddət sonra əks istiqamətdə əsən küləyə tutulub və təxminən 20 metr hündürlükdən yerə yıxılaraq yaralanıb.

Xəstəxanaya çatdırılan yaralının bədənində çoxsaylı sınıqlar aşkarlanıb.