İçkili qadın körpüdən yıxıldı
21
13:17 - 21 Dekabr 2024
Goranboyda yol kənarında yaralı qadın aşkar olunub.
TNS xəbər verir ki, hadisə Goran qəsəbəsindəki körpünün yaxınlığında baş verib.
Müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan 1997-ci il təvəllüdlü qadının körpüdən yıxıldığı ehtimal edilir.
Qadın içkili vəziyyətdə olduğunu və epilepsiya xəstəliyindən əziyyət çəkdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.