Close

21:32
20 Dekabr 2024

Milli Qəhrəmanımızın bacısı və əmisi qızı faciəvi şəkildə öldü

Goranboyda iki qadın faciəli şəkildə ölüb.

TNS xəbər verir ki, hadisə Ağcakənd kəndində baş verib.

Belə ki, 52 yaşlı Xumar Səlimova və onlara qonaq gələn əmisi qızı, 45 yaşlı Sevil Səlimova dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

APA-nın məlumatına görə, 52 yaşlı Xumar Səlimovanın Xocalı faciəsi zamanı atası və 3 qardaşı şəhid olub.

Qardaşı Araz Səlimov Azərbaycanın Milli Qəhrəmanıdır. (Oxu.az)