Close

Tovuzda zəhərlənən şagirdlərin son durumu

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Tovuzda orta məktəbdə baş verən hadisə nəticəsində zəhərlənən şagirdlərin vəziyyətini açıqlayıb.

Qurumdan TNS-ə verilən məlumatda bildirilir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 19.12.2024-cü il tarixində saat 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında zəhərlənmə şübhəsilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

Son məlumata görə, 60 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb.