Xırdalanda avtomobilin vurduğu piyada xəstəxanada öldü
5
10:46 - 19 Dekabr 2024
Xırdalan şəhərində avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
TNS-in məlumatına görə, Xırdalanda yolu keçmək istəyən 1978-ci il təvəllüdlü Yaqub Müseyib oğlu Əliməmmədovu avtomobil vurub.
Yaralı Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Əlaqəli xəbərlər
13:38
19 Dekabr 2024