Close

19 yaşlı qadın dəm qazından boğuldu

Salyanda 19 yaşlı qadın dəm qazından boğularaq ölüb.

TNS-in məlumatına görə, Salyanın Xələc kəndində dəm qazından boğulma hadisəsi baş verib. Kənd sakini, 2005-ci il təvəllüdlü B. Aynur yaşadıqları evin hamamında dəm qazından zəhərlənib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.