Bakıda milyonlarla manat dələduzluq edən şirkət rəhbəri evində ölü tapıldı
491
17:28 - 16 Dekabr 2024
Azərbaycanda xeyli sayda insanı aldadaraq, milyonlarla manat dələduzluq edən şəxs ölüb.
TNS xəbər verir ki, kriptovalyuta piramidası adı ilə fəaliyyət göstərən, “AZE BİRJA” şirkətinin rəhbəri, Türkiyə vətəndaşı Ali Akşun bu gün səhər saatlarında evində ölü tapılıb. Onun meyiti paytaxtın Nərimanov rayonu ərazisindəki mənzilində aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, Ali Akşun barəsində hüquq-mühafizə orqanlarında cinayət işi başlansa da, o, istintaq dövründə ev dustaqlığına buraxılmışdı.