Keşlədə taxta sexi yanıb- VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.
TNS FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının dördmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən sexdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 456 kv.m. olan taxta sexinin yanar konstruksiyaları 156 kv.m. sahədə, həmçinin hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 167 kv.m. olan boya sexinin yanar konstruksiyaları yanıb.
Taxta sexinin böyük hissəsi və bina yanğından mühafizə olunub.