Close

13:01
26 Dekabr 2024

Şəmsi Səmədzadə yenə həbs olundu

Keçmiş iş adamı Şəmsi Səmədzadə həbs olunub.

Bu barədə TNS Gununsesi.info-ya istinadən xəbər verir.

Məlumata görə, bir müddət əvvəl Özbəkistana köçən Şəmsi Səmədzadə orada həbs olunub.

Onun həbsinə səbəb isə dələduzluqda ittiham olunmasıdır.

Qeyd edək ki, Ş.Səmədzadə bir müddət əvvəl əfv sərəncamı ilə ömürlük azadlıqdan məhrumetmə cəzasından azad edilmişdi.