Close

"Meydan" TV-nin əməkdaşları həbs edildi - YENİLƏNİB

“Meydan TV”nin əməkdaşları məhkəməyə çıxarılır.

TNS-in məlumatına görə, iki gün əvvəl saxlanılan jurnalistlər haqda təqdimatlara Xətai Rayon Məhkəməsində baxılır.

İş üzrə 7 nəfər- Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova və Aytac Əhmədova (Tapdıq) cinayət məsuliyyətinə cəlb edilib.

Onların hər birinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

14:02

"Meydan TV" əməkdaşları - Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılır.

TNS Report-a istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə ayrı-ayrılıqda qətimkanla bağlı təqdimatlara baxılır.

İndiyə qədər Aysel Umudova və Aytac Əhmədova barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda digərləri barəsində də təqdimatlara baxılması davam edir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumatda adıçəkilən şəxslərin ölkəyə qanunsuz xarici valyuta gətirməsi ilə bağlı daxil olan məlumat əsasında saxlanıldığını bildirib.

Onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.