Close

13:01
26 Dekabr 2024

Azər Qasımlı saxlanıldı - YENİLƏNİB

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının nədə təqsirli bilindiyi bəlli olub.

TNS xəbər verir ki o, 182.2.3 (Hədə-qorxu ilə tələb etmə,zor tətbiq etmə ilə törədildikdə) təqsirli bilinir.

Vəkili Aqil Layıc bildirib ki, Azər Qasımlı hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb.

12:40

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən TNS-ə bildirilib ki, Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd olunub ki, o, yenidən araşdırmaya çağırılıb.