Bakıda motosiklet sürücüsü qəza törədərək ağır xəsarət aldı
8
09:10 - 08 Dekabr 2024
Bakının Xətai rayonunda yol qəzası zamanı gənc oğlan sınıq xəsarətləri alıb.
TNS xəbər verir ki, hadisə Ağ Şəhər ərazisində baş verib.
Belə ki, 2004-cü il təvəllüdlü Məmmədov Nihad Odtəkin oğlu motosikletə nəzarəti itirirək onu aşırıb.
Nəticədə o bədənin müxtəlif nahiyyələrindən sınıq xəsarətləri alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.