Close

Sumqayıtda partlayış zamanı xəsarət alan şəxslərdən biri öldü

Sumqayıtda baş verən partlayış zamanı xəsarət alanlardan biri bu gün ölüb.

TNS xəbər verir ki, Sumqayıt şəhər 13-cü mikrorayon bina 19-da baş verən partlayış zamanı xəsarət alan 1977-ci il təvəllüdlü Ramin Əliyev ölüb.

Məlumat üçün bildirək ki, yaralılar Bakıda xəstəxanlardan birində müalicə alırdılar və dünən Sumqayıt xəstəxanasına köçürülmüşdülər.

Onun oğlu 2007-ci il təvəllüdül Ayxan Əliyev və 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.