Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
36
19:10 - 06 Dekabr 2024
Vətəndaş Ramin Cəbrayılzadə ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb.
TNS APA-ya istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, məlumat təsdiqini tapıb və əlavə araşdırmalar aparılır. Bir neçə şəxs araşdırma çərçivəsində saxlanılıb.
Əlavə məlumat veriləcək.