Rüfət Səfərov həbs olundu - YENİLƏNİB
Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə daxil olan vəsatətə baxılıb.
TNS xəbər verir ki, təqdimata bu gün Binəqədi Rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə baxılıb.
Məhkəmə vəsatəti təmin edib. Qərara əsasən, Rüfət Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Binəqədi Rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
17:26
Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə vəsatət daxil olub.
TNS xəbər verir ki, təqdimata bu gün Binəqədi Rayon Məhkəməsində baxılır.
Hazırda məhkəmə keçirilir.
Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.