Close

22:20
04 Dekabr 2024
21:40
04 Dekabr 2024

Partlayışda xəsarət alanların son durumu - TƏBİB açıqladı

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə TƏBİB-in tibb müəssisələrinə hospitalizasiya olunan 6 nəfərdən 2 nəfəri ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə TNS-ə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, 1 nəfər stasionar müalicədən imtina edib, 3 nəfər isə paytaxtda yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub.