Masazırda inzibati bina yandı
41
18:48 - 29 Noyabr 2024

Abşeron rayonunun Masazır qəsəbəsində yanğın olub.
TNS FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 4218 m² (hər mərtəbəsi 1406 m²) olan üçmərtəbəli inzibati binanın 3-cü mərtəbəsində divara quraşdırılan elektrik lövhəsində 20 ədəd qoruyucu açar, 1 ədəd elektrik sayğacı və 5 paq.m elektrik kabeli yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.