Close

03:39
28 Noyabr 2024
23:37
27 Noyabr 2024

DİN: Çin vətəndaşının Azərbaycan vətəndaşlarının 10 milyon dollarını mənimsədiyinə dair məsələ nəzarətə götürülüb

Vanq Tianbao adlı Çin vətəndaşının Bakıda avtomobillə təmin edəcək vədi ilə onlarla Azərbaycan vətəndaşının 10 mln ABŞ dollarından artıq pulunu mənimsədiyi iddia edilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, qeyd edilən məsələ nəzarətə götürülüb. Müvafiq araşdırmaların aparılması Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsinə həvalə edilib. Hazırda zərər çəkmiş şəxslərin müraciətləri əsasında zəruri istintaq tədbirləri həyata keçirilir. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək.