Close

03:39
28 Noyabr 2024
23:37
27 Noyabr 2024

“Roşka” ləqəbli tiktoker həbs edildi

Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, qeyri-etik paylaşımlar edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

TNS Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, 1996-ci il təvəllüdlü, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə saxlanılıb.

Ondan narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb.

Müvafiq qərarla R.Süleymanzadə 45 sutka inzibati qaydada həbs edilib.

Xatırladaq ki, eyni əməllərə görə, R.Süleymanov bu ilin aprelində də 20 sutka inzibati qaydada həbs edilmişdi.