Close

14:51
26 Noyabr 2024

70 kq qızılla tutulan hərbi attaşe keçmiş komitə sədrinin qardaşıdır

Türkiyədə 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat Qəhrəman Şamil oğlu Məmmədovla bağlı bəzi təfərrüatlar üzə çıxıb.

TNS xəbər verir ki,  2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində işləmiş Qəhrəman Məmmədov keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun (TAİ) direktoru olmuş akademik Qərib Məmmədovun qardaşıdır.

Həbs edilənə qədər Azərbaycanın Səudiyyə Ərəbistanında hərbi attaşesi olan Qəhrəman Məmmədovun 70 kiloqram qızılı Türkiyəyə Ərəbistandan gətirdiyi bilinir.

Qeyd edək ki, Məmmədov Qəhraman Şamil oğlu Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 206.3.3 (ölkə hüdudlarından kənarda qaçaqmalçılıq) və 341.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur. Bakı Hərbi Məhkəməsinin qərarı ilə Q.Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.