"Azəriqaz" bu xəstəxananı məhkəməyə verdi
9
14:26 - 26 Noyabr 2024
"Azəriqaz" İstehsalat Birliyi “Şəki rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs barədə məhkəməyə müraciət edib.
TNS-in məlumatına görə, müraciətə səbəb xəstəxananın “Azəriqaz”la bağladığı alqı-satqı müqaviləsini yerinə yetirməməsi olub.
Qurumlar arasında bağlanan müqavilənin öhdəlikləri yerinə yetirilmədiyindən “Azəriqaz” məhkəməyə üz tutub. İddia məhkəmə tərəfindən qəbul edilib və icraata verilib. İş hakim Elnarə Hüseynovanın icratındadır.