Close

14:51
26 Noyabr 2024

"Azəristiliktəchizat" müqaviləni pozdu - Qurum məhkəməyə verildi

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib.

TNS-in məlumatına görə, qurumla “Azərsığorta” Dövlət Şirkəti arasında mübahisə yaranıb. Mübahisəyə “Azəristiliktəchizat”ın adıçəkilən şirkətlə bağladığı müqavilənin şərtlərinə əməl etməməsi səbəb olub.

ASC “Azərsığorta ilə sığorta müqaviləsi bağlasa da, öhdəlikdən boyun qaçırıb. Nəticədə “Azərsığorta” məhkəməyə müraciət edib.