Close

07:52
26 Noyabr 2024

2 min manatlıq telefonu bölə bilmədilər - Bakıda milyoner cütlük toydan bir ay sonra boşandı

Bakıdakı toy mərasimi məşhur “Buta Palace” sarayında keçirilən cütlük bir ay sonra boşanıb.

TNS xəbər verir ki, boşanma haqda xəbəri vəkil İsrafil Əlili ictimailəşdirib.

İsrafil Əlili boşanma zamanı tərəflərdən birinin vəkil olduğunu qeyd edib: "Onların “Buta Palace”dakı toyu ötən ay olmuşdu. 1 ay öncə baş tutan dəbdəbəli toy mərasiminə külli miqdarda pul xərclənib. Toyda təkcə zalın bəzədilməsinə 100 min manatdan çox xərc çəkilib. Mərasimdə iştirak edən müğənnilərə verilmiş pullara Yeni Yasamalda 2 otaqlı təmirli mənzil almaq olardı. Toy maşını üçün 3-4 saatlıq icarə haqqı bir vəkilin 3-4 ay davam edən boşanma üçün aldığı xidmət haqqından daha çox idi. Gəlini məşhur stilist Anar Ağakişiyev bəzəmişdi. Ona da 4 rəqəmli pul vermişdilər. Di gəl ki, ən sonda tərəflər arasında bazar dəyəri 2 min manat olan “iPhone” telefonunun davası gedirdi. Bu işdə insanlıq naminə məni çox üzən mənzərələrə şahidlik etsəm də, nəticədə bir müsbət hal yaşandı. Toyu “Buta Palace”da olmuş şəxsin verdiyi qonorarla özümə növbəti butalı qalstukumu aldım. Bu çəkişmədən qalib olan vəkilliyini mənim etdiyim qadın tərəf oldu. “iPhone” cihazı bizdə qaldı”.