Üzərinə qaynar su tökülən gənc öldü
17
10:30 - 22 Noyabr 2024
Bakıda gənc oğlan faciəli şəkildə ölüb.
TNS “Lent.az”a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində baş verib.
24 yaşlı Şəhriyar Eyvaz oğlu Həsənovun üzərinə yaşadığı evdə qaynar su töküldüyü üçün yanıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı araşdırma aparılır.