Azərbaycana corab gətirdi, barəsində cinayət işi başlandı
Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqla təqsirləndirilən sahibkar Firdovsi Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
TNS-in məlumatına görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəmə prosesinin ilkin baxış iclası dekabrın 4-nə təyin edilib.
İttihama görə, F. Hüseynzadə "Sədərək" Ticarət Mərkəzində corab satışı ilə məşğul olub. Fəaliyyəti dövründə o, Azərbaycana qaçaqmalçılıq yolu ilə mallar gətirməkdə ittiham edilir. Sahibkar barədə cinayət işi başlanıb və onun barəsində polis nəzarəti altında qəti imkan tədbiri seçilib.