Close

32 min dollara müharibəni dayandıracaqmış - Bakıda fırıldaqçı falçı işfa olundu

Bakıda falçı qadın iki həmcinsini ağlasığmaz şəkildə aldadıb.

TNS xəbər verir ki, falçılıqla məşğul olan Nuridə (ad dəyişdirilib-red) dələduzluq ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilib. “Bandotdel” tərəfindən tutulduqdan sonra məhkəmə qərarı ilə həbs edilib. Lakin iki ay sonra ev dustaqlığına çıxa bilib.

Sözügedən falçı müştərilərini başlarına gələcək hər cür bədbəxt hadisələrdən qorumaq adı ilə onlardan ümumilikdə 75 min manat alıb.

Onun əməllərindən zərər çəkənlərdən biri Ukrayna vətəndaşıdır. Anastasiya ali təhsillidir, xeyli müddətdir Bakıda yaşayır. Onu falçı ilə rəfiqəsi tanış edib. Elə zərərçəkmişin digəri də odur.

Anastasiya falçıya üz tutmasının səbəbini mənəvi cəhətdən iztirablara məruz qalması ilə əlaqələndirir. Deyir ki, ailə üzvləri ilə arasının pisləşməsi, həmçinin azyaşlı övladının səhhətindəki səbəbsiz problemlər onun psixologiyasına pis təsir edib. Bütün bu problemlərlə üz-üzə olduğu bir vaxtda rəfiqəsi ona falçıya getməsini təklif edib. (Qafqazinfo)