Jurnalist Qənirə Ataş ölümlə təhdid edildi - FOTO
ABŞ-də yaşayan jurnalist Qənirə Ataş təhdid edilib.
TNS-in məlumatına görə, bu barədə jurnalist özü məlumat verib.
O bildirib ki, özü və ailəsi ölümlə hədələnir.
Jurnalist hazırda müxtəlif özəl klinikalarda plastik cərrah kimi fəaliyyət göstərən şəxslərin adlarını yazaraq, onların “rezidenturasız cərrahlar” olduğunu iddia edib: "Bu şəxslər ilk olaraq, şou-biznesdəki və mediada çalışan tanışlarının dəstəyi ilə mənə qarşı təxribat xarakterli hücumlar etdilər. Daha sonra külli miqdarda maddi təkliflərlə məni ələ almağa çalışdılar. Bu cəhdlər nəticəsiz qaldıqda müxtəlif sosial media platformalarında haqqımda böhtan xarakterli paylaşımlar etməyə başladılar. Nəhayət, trollar vasitəsilə şəxsi mesaj qutuma sağlamlıq və həyatımla bağlı ciddi təhdidlər göndərməyə keçdilər. Övladlarımın həyatına zərər yetirəcəklərini bildirdikləri mesajlar aldım. Məqsədləri aydındır. Həqiqətləri ictimailəşdirməyimə mane olmaq və məni susdurmaq.
“Instagram” hesabımda bu təhdid mesajlarının çoxsaylı nümunələri mövcuddur.
Hüquq-mühafizə orqanlarını və bütün aidiyyəti qurumları bu vəziyyətə müdaxilə etməyə çağırıram”.