Xəzər dənizində zəlzələ olub
17
07:07 - 13 Noyabr 2024
Xəzər dənizində 3,3 maqnitudada zəlzələ olub.
TNS xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 03:34-də qeydə alınıb. Zəlzələ ocağı 75 kilometr dərinlikdə yerləşib.