Goranboyda 50 yaşlı piyadanı avtomobil vurub
5
23:51 - 11 Noyabr 2024
Goranboyda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TNS-in məlumatına görə hadisə Goranboy-Ağcakənd avtomobil yolunun rayonun Qaraçinar kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil, yolu keçmək istəyən piyada, 1974-cü il təvəllüldü M. Zeynalovu vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı aradırma aparılır.